Ukraynadakı separaçılara Ermənistan yardımı edir
Ümumən tarix boyu bizə yaxın-uzaq coğrafiyalarda baş verən bir çox işğal sürəclərində ruslar və ermənilər bir yerdə (can bir, qan bir) olub.
Bu cütlük nəinki işğallarda, üstəlik, amansız qətliamlarda, soyqırımlarda da hər zaman bir olub, birgə hərəkət edib: xalqımza, ölkəmizə qarşı 1905, 1918, 1991, 1992- ci il qətliamları, soyqırım aktları təkzibolunmaz, danılması mümkünsüz hadisələrdir. 366-cı motoatıcı alay rus-erməni qardaşlığının simvoluydu. (Deyilənə görə, otən ay Ukraynada cəhhənnəmə vasil edilib).
Xocalı Soyqırımı rus-erməni zehniyyətinin ortaq əsəridir.
Ümumilikdə Qarabağın, Gündoğar Zəngəzurun 30 illik işğalı, oralarda törədilmiş müharibə cinayətləri üzüqara qardaşların ortaq işidir. Hələlik Ermənistan adlanan qədim Azərbaycan torpaqlarının (Zəngəzur, Göyçə, İrəvan...) ermənilərə peşkəş edilməsi rusun işi, Kremlin adıyaman politikasının acı bəhəridir. Tarixdə dövləti olmayan, dövlətqurma sənətinə, dövlətçilik mədəniyyətinə yiyələnə bilməyən, mehriban qonşuluq, birgəyaşayış nədir? - bilməyən, beynəlxalq hüquq tanımayan iki xalq, əslində, bir yerdə də xalq ola bilmir ki, bilmir... Mədəni xalq ola bilən toplumlar hər necə olmalıdırsa, ən azı işgalçı ruslar və işğalçıquyruğu ermənilər kimi olmamalıdır.
Böyük ərazili, kiçik ürəkli Rusiyanın siyasətini əsasən ermənilər (və şovinist ruslar) yürüdür. Bütun yaramazlıqları (işğal, zəbt, separatizm, terrorizm, neofaşizm...) onlar təbliğ, təşviq və tərənnum edir. İstənilən rus dövlət, yarımdövlət TV-sinə baxmaq yetərlidir ki, ermənilərin, erməniliyin, neofaşizmin, şovinizmin rus dövlətinin, cəmiyyətinin materiyasına necə nüfuz etdiyi görünsün...
Rusiyanın erməni təbliğat ruporlarına baxın: Simonyan, Kesoyan, Şahnazarov və b... Hamısının fəaliyyəti ifşalıqdır və ən ufaq ədalətli tənqidə belə tab edə bilməzlər. Onlar yalnız Azərbaycana deyil, Türk dünyasına, tərəqqipərvər bəşəriyyətə düşmən kəsilib. Örnəyi, Kesoyanın bugünlərdə Qazaxıstanı, qardaş qazax xalqını təhqir etməsi yaramazlığın, qudurmuşluğun ta kəndisidir.
Rusiyanın Ukraynanı işğal planı (və ermənilərin yeni qan qoxusu alması), 1992-ci ilin 26 fevral gününü və Xocalını, 1990-ci ilin 20 yanvarını və Bakını yada salır. Bəs viran qoyulmuş Ukrayna şəhərləri bizim Ağdam, Füzuli Cəbrayıl, Zəngilan, Kəlbəcəri... xatırlatmırmı? Məkan, il, gün dəyişib, üsul, zehniyyət dəyişməyib: onda da, indi də, Azərbaycanda da, Ukraynada da rus-erməni işbirliyi bəşəriyyətə üzqaralığı gətirir... Bu cütlük məsuliyyətli dövlət necə olur, hüquq, qayda-qanun nədir, başqa mədəniyyətlərə, dinlərə dözümlülük hansı fikir qatinda idrak edilir? - bilmədi, bilmir və bilməyəcəkdir...
Baxın, Ukrayna dövlətinə Azərbaycan, Ukraynadakı separaçılara isə Ermənistan yardımı edir.
Dünya, beynəlxalq birlik bu açıq ara fərqi görməli, dəyərləndirməlidir. Çox gec olmadan...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər Qoşalı
Milli.Az
Facebook-da paylaş