Gürcüstan Aİ-yə daxil olmaq üçün sorğu vərəqəsinin birinci hissəsini təqdim edib


 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Aİ-yə üzvlüklə bağlı doldurulmuş sorğu vərəqəsinin birinci hissəsini Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin rəhbəri Karl Hartzelə təhvil verib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti sorğunun ikinci hissəsini mayın 13-dək Aİ-yə göndərməyi planlaşdırır.

Qaribaşvili bildirib ki, hazırda ölkənin bütün dövlət qurumları sorğunun ikinci hissəsinin doldurulması üzərində intensiv işləyir.


Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, o, 33 fəsildən və 2,3 min sualdan ibarətdir.

Qeyd edək ki, Gürcüstan sözügedən sorğunu aprel ayında alıb. Onunla birlikdə Ukrayna və Moldova da Aİ-yə üzvlük üçün müraciət edib. Ölkə bu qərarı fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar fonunda qəbul edilib. Xatırladaq ki, sorğu vərəqəsinə siyasi və iqtisadi sahələr üzrə suallar daxildir və Onun doldurulması üçün təxminən bir ay vaxt ayrılır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}