Azərbaycanda son sutkada 13 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 558 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 744 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 105 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 731, bu günə qədər isə ümumilikdə 6 811 382 test icra olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}