Putin tələyə düşdü, müharibədən çıxa bilmir

 Ukrayna müharibəsinin Moldovaya sıçraması ehtimalı lap əvvəldən mövcud olub. Lakin Rusiya qarşıya qoyduğu məqsədə nail olmaq üçün bir sıra hədəflərə çatmalıdır.
Şəffaflıq.az  axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna ətrafında baş verən son prosesləri şərh edən terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar deyib. Ekspertə görə, Dnestryanı bölgədə baş verənlər daha çox hədəf yayındırma həmləsidir, əsas döyüş Donbasda olacaq:
"Bunlar Xerson-Nikolayev xəttinin ələ keçirilməsi ilə yanaşı, Odessa dəniz hərəkatının rusların lehinə nəticələndirilməsidir. Bu hədəfə hələ də çatmayıblar. Xerson-Nikolayev xəttində hələ də döyüşlər davam edir, "Moskva" kreyseri vurulduqdan sonra isə Odessaya dəniz hərəkatının həyata keçirilməsində bir çox risklər ortaya çıxıb".
Ekspertin sözlərinə görə, Rusiyanın Dnestryanıda hərəkata başladığını demək tezdir:

"Hazırda Dnestryanıda hərəkətlənmə var. Bildiyimiz kimi, SSRİ dağıldıqdan sonra rus ordusu oranı tərk etməyib. Hazırda da Rusiyanın 14-cü ordusu ordadır. Dnestryanıda fəal döyüş əməliyyatlarının başlayıb-başlamayacağını zamanla görəcəyik. Ancaq fikrimcə, baş verənlər hərbi əməliyyatlardan çox, diqqəti yayındırmaq üçün edilən həmləyə, maskalanmaya bənzəyir. Moldavaya müharibənin sıçraması ehtimalı var, lakin hazırda "başlandı" demək üçün tezdir. Çünki əgər Rusiya Moldovada aktiv müharibəyə başlasa, buna ABŞ, NATO və Britaniyadan kəskin cavablar olacaq. Məsələn, Qərb Rusiyanın Moldova həmləsinə qarşı Baltik dənizinin sahilində yerləşən Kalininqrad vilayətini hədəfə alacaq həmlələr gerçəkləşdirə bilər. Fikrimcə, Moldova variantı Rusiya üçün çox risklidir".
Abdullah Ağar Rusiya və Ukrayna arasındakı müzakirələrin aparılması məsələsinə də toxunub:
"Qənaətim odur ki, Putin hazırda bir tələyə düşüb, indi tələdən çıxmalıdır, tək yol isə müzakirədir. Amma o qədər əsəbi və iddialıdır ki, müzakirələrə uymur. Ukrayna isə müharibənin nəticələrinin onlar üçün ağır olduğunu bildiyindən, müzakirələrin daha effektiv və aktiv şəkildə başlamasını istəyir, lakin ABŞ buna imkan vermir. Hazırda nə Rusiya, nə də Ukrayna bir-birilərinin tələblərini qəbul edir. Ona görə müharibənin "yetişməsi" lazımdır. Yəni güclər öz istək və tələblərini bir-birilərinə qəbul etdirmək üçün döyüşməlidir. Müharibənin təbiəti belədir.
Ona görə də fövqəladə bir şey baş verməsi istisna olmaqla, mövcud şərtlər çərçivəsində müharibənin hələ davam edəcəyini düşünürəm".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}