Azərbaycanda son sutkada 19 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 675 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 139 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 132, bu günə qədər isə ümumilikdə 6 801 484 test icra olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}