Emin Əmrullayev: "Pandemiya daha çox ucqar kəndlərdəki şagirdlərə mənfi təsir edib"

“Azərbaycanda pandemiya şəraiti təhsil sisteminə uzunmüddətli mənada mənfi təsir edib”.
Şəffaflıq.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.
Nazirin sözlərinə görə, ucqar kəndlərdə internetə çıxışı olmayan təhsil alanlar üçün pandemiyanın yaratdığı problemləri uzun müddət görəcəyik: “Təbii ki, beynəlxalq qiymətləndirmə sistemi var. Qiymətləndirmə zamanı pandemiyanın təhsilə təsirini daha dəqiq biləcəyik”.
"Təhsil sistemi olaraq lazımi çağırışlara öhdəsindən gələ bildik. Əsas səbəb müəllimlərin fədakarlığı, eləcə də valideynlərlə əməkdaşlıq, həm də təhsilalanların prosesdə aktiv iştirak etməsi idi", - nazir bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}