Sahibə Qafarovanın Gürcüstana səfəri başlayıb

 Gürcüstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Tbilisidəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib.
Şəffaflıq.az xəbər verir ki, o, ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.
Parlamentin sədrini deputatlar, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin sədri Gürcüstana səfəri çərçivəsində, həmçinin Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib və burada Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.
Burada Azərbaycanın və Gürcüstanın Dövlət Himnləri səsləndirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}