"Real Madrid" əzmkar qələbə ilə liderliyini möhkəmlədib

İspaniya La Liqasında XXXII turun mərkəzi görüşü "Sevilya" və "Real Madrid" komandaları arasında keçirilib.
Şəffaflıq.az-ın məlumatına görə, "Ramon Sançes Pisxuan" stadionunda təşkil olummuş qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.
İlk iki qolu meydan sahiblərindən İvan Rakitiç 21-ci və Erik Lamela 25-ci dəqiqədə vurub.
"Kral klubu" ikinci hissədə geridönüş etməyi bacarıb. Fasilədən dərhal sonra meydana çıxan Rodriqo 50-ci dəqiqədə fərqi azaldıb. 83-cü dəqiqədə Naço Fernandes bərabərlik, 90+2-ci dəqiqədə isə Kərim Benzema qələbə topuna imza atıb.
Bununla da xalını 75-ə çatdıran "Real Madrid" liderliyini möhkəmlədib. "Sevilya" isə "Barselona" ilə birgə 60 xalla 2-3-cü yerləri bölüşür. Lakin Kataloniya komandasının ehtiyatda 2 oyunu var.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}