Çində hökumətin təsdiqləmədiyi oyunların yayımı qadağan edildi


 

Çinin Milli Radio və Televiziya İdarəsi bəyan edib ki, bütün internet platformalarında hökumət tərəfindən təsdiq edilməyən oyunların yayımlanması “qəti qadağandır”.

Analitiklərin sözlərinə görə, Çin həmişə videooyunların ölkə daxilində yayılması və ya yayımlanması üçün lisenziya alınmasını tələb edib. Lakin istifadəçilər nadir hallarda bu tələbə əməl ediblər. Belə vəziyyət Çində rəsmi lisenziyası olmayan oyunlara axın platformalarında əhəmiyyətli auditoriya toplamağa imkan verib.

Lakin artıq vəziyyət kökündən dəyişib. İndi hər hansı bir videooyun təsdiqlənməsə onun canlı yayımlar, qısa videolar, reklamlar və ya digər platformalar, yaxun da kanallar vasitəsilə populyarlıq qazanması çox çətin olacaq.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}