Almanlar dönərsiz qala bilər

 

Enerji və ərzaq qiymətlərinin sürətlə artması Almaniyadakı “fast food” restoranlarından da yan keçməyib. Belə ki, almanların çox sevdiyi kartof-fri, dönər kababları və hamburgerlər tezliklə ölkə sakinlərinin əksəriyyəti üçün əlçatmaz ola bilər.

Hazırda bir çox yeməkxanalar və “fast food” restoranları şəbəkəsi qiymətləri artırır. Federal Statistika İdarəsinin məlumatına görə, mart ayında yemək və içkilərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6% artıb.

Əslində isə məsələn, Almaniyanın paytaxtında uzun müddətdir ki, bir porsiyanın qiyməti təxminən 3,50 avro olan dönər indi 5 - 6 avroya qədər bahalaşıb.

Avropadakı Türk Dönər Kabab İstehsalçıları Assosiasiyasının idarə heyətinin sədri Gürzel Yulber bildirib ki, hazırda dönərin real qiyməti 7,3 avro olmalıdır. O, bahalaşmanın bundan sonra da davam edəcəyini proqnozlaşdırıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}