ABŞ-ın Azərbaycandakı səfirliyi əşyalarını SATIR


 

ABŞ-ın Azərbaycandakı səfirliyi istifadə edilmiş ofis və mətbəx mebeli, məişət texnikası, IT avadanlıqları, müxtəlif ofis və məişət əşyaları, avtomobil ehtiyat hissələri və “Mitsubishi Pajero” markalı avtomobil üzrə canlı hərrac keçirir.

Səfirlikdən verilən məlumata görə, hərracda olan avtomobilin gömrük rüsumları ödənilməyib.

Bildirilib ki, hərrac cümə axşamı, 21 aprel 2022-ci il saat 11:00-dan 12:00-ə qədər Məmmədşərif Həmidov, 51 (ABŞ səfirliyinin anbarı) ünvanında keçiriləcək. Hərracın qaydaları ilə saat 09:00-dan 11:00-a qədər tanış olmaq mümkündür.

Qeyd edilib ki, qalib gəlmiş alıcı mütləq şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə dərhal həyata keçirməlidir.

Ətraflı məlumat üçün: 050-221-83-29


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}