Əmlak Məsələləri Dövlət Xidməti 3 ayda büdcəyə 15 mln manat vəsait köçürüb

Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 15,2 milyon manat vəsait köçürüb.
Şəffaflıq.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 3 aylıq ödənişin 8,8 milyon manatı özəlləşdirmə, 6,4 milyon manatı isə icarə hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 19 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 10 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 174 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 122 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 42 onlayn qoşulma reallaşıb.
Ötən 3 ayda 653 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 226-sı qeyri-yaşayış, 427-si isə torpaq sahələrinə aid olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}