Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını azaldıb
Şəffaflıq.az xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.
Sənəddə deyilir ki, bu il iqtisadi artımla bağlı proqnoz 3,1%-dən 2,7%-ə, gələn il iqtisadi artımla bağlı proqnoz isə 2,7%-dən 2,2%-ə endirilib.
Dünya Bankı Gürcüstan və Ermənistanda ÜDM-in artımı ilə bağlı proqnozlarına da yenidən baxıb. Belə ki, qurum bu il Gürcüstanda iqtisadi artımın 2,5%, gələn il isə 5,5% olacağını gözləyir ki, bu da müvafiq olaraq 3 faiz bəndi az və 0,5 faiz bəndi çoxdur. Ermənistanda bu il üçün iqtisadi artım proqnozu 3,6 faiz bəndi azaldaraq 1,2%-ə, gələn il üçün iqtisadi artım proqnozu isə 0,8 faiz bəndi azaldaraq 4,6%-ə endirilib.
Facebook-da paylaş