Min il yaşı olan qəbiristanlıq: Burada Şirvanşahlar, Bakı Xanlığı dövrünə aid qəbirlər var

 

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən qəbiristanlığın ən azı 1000 yaşının olduğu ehtimal edilir.

Bildirilir ki, bu qəbirlər XIII əsrdə də mövcud olublar. Qəbiristanlığı hazırda ziyarət edən və ya ərazinin qayğısına qalan yoxdur.

Buranın dəqiq yaşı barədə məlumat mövcud olmasa da qəbiristanlıqdakı qəbirlərdən birinin ən azı 1000 yaşının olduğu qeyd edilir.

Ehtimal edilir ki, sözügedən qəbiristanlıqda Şirvanşahlar dövründən, Bakı Xanlığının mövcud olduğu dövrlərə aid minlərlə qəbir daşları var. Güman edirik ki, aidiyyəti orqanlar bu baxımsızlığa son qoyarlar...

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}