Rasim Əliquliyev:Sərgidə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 5 institutu və AMEA Yüksək Texnologiyalar Parkının 5 rezidentinin təklif etdiyi layihələrlə təmsil olunacaq:
Şəffaflıq.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, AMEA-nın “Teknofest Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev onlayn müşavirədə deyib.
O qeyd edib ki, Sərgidə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 5 institutu və AMEA Yüksək Texnologiyalar Parkının 5 rezidentinin təklif etdiyi layihələrlə təmsil olunacaq:
“AMEA-da yaradılmış mərkəzləşdirilmiş komissiya mütəmadi olaraq, sərgidə iştirakla bağlı görülən işlərə dair müzakirələr və monitorinqlər aparır. Sərgidə AMEA pavilyonunun strukturunun və konsepsiyasının müəyyənləşdirilməsi, qoyulmuş tələblərə uyğunlaşdırılması, texniki parametrləri müzakirə edilib. Bu istiqamətdə işlərin sürətləndirilməsi önəmlidir. Təqdim olunmuş məhsul və layihələrin sərgidə dörd gün ərzində nümayişi nəzərdə tutulur”.
Facebook-da paylaş