Gürcüstanın xarici işlər naziri vəzifəsini tərk etdi

 

Gürcüstanın xarici işlər naziri David Zalkaliani vəzifəsini tərk edib, onun yerinə İlia Darçiaşvili təyin edilib.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.

“Baş nazirin müavini və xarici işlər naziri Gürcüstanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. İlk növbədə, görülən işlərə görə cənab Davidə təşəkkür etmək istəyirəm. Cənab Davidin böyük təcrübəsi var. O, 30 ildir ki, ölkəmizə, öz idarəsinə - Xarici İşlər Nazirliyinə müxtəlif vəzifələrdə xidmət edir”, - deyə Qaribaşvili bildirib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}