Husilər Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatları müvəqqəti dayandırdıqlarını elan edib

 

Yəmənin “Ənsarallah” (Husilər) hərəkatı Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatları üç günlük dayandırdıqlarını elan ediblər.

Bu barədə hərəkatın Səna şəhərində yerləşən siyasi şurasından məlumat verilib.

“Biz raket zərbələrinə, dron hücumlarına, eləcə də quruda və dənizdə bütün hərbi əməliyyatlara fasilə veririk”, - “Ənsarallah”ın yaydığı bəyanatda qeyd olunur.

Bəyanatda həmçinin vurğulanır ki, Səudiyyə Ərəbistanı Yəmənə qarşı bombardmanlarını dayandırarsa və Yəmənə qarşı blokadanı qaldırarsa bu fasilə uzunmüddətli atəşkəsə çevrilə bilər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}