Rusiyada sosial şəbəkələrin bloklanması ən çox yerli şirkətlərə yarayıb
Rusiya- Ukrayna müharibəsinin başladığı bir ay ərzində (24 fevral - 24 mart) ruslar Instagram, Facebook və Twitter-dən daha az istifadə etməyə, “Telegram” və “Vkontakte”dən isə daha çox istifadə etməyə başlayıblar.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti “Brand Analytics” şirtkətinin məlumatlarına istinadən yazıb.
Belə görünür ki, VPN-lərdən istifadə də Qərbin böyük sosial şəbəkə xidmətlərinin bazardakı paylarını itirməkdən xilas edə bilməyib.
Son məlumatlara əsasən sosail şəbkələrin həcmində vəziyyət belədir:
VKontakte (+11%)
Telegram (+6%)
Odnoklassniki (+3%)
Twitter (-5%)
Facebook (-16%)
Instagram (-30%)
Aktiv müəlliflərin sayında da ciddi dəyişikliklər gözə çarpır:
Telegram (+23%)
VKontakte (+14%)
Odnoklassniki (+6%)
Facebook (-11%)
Instagram (-31%)
Beləliklə Rusiyanın “VKontakte” müharibədən ən karlı çıxn şirkətə çevrilib. Burada statusların sayı 12 milyondan 14 milyona yüksəlib.
Facebook-da paylaş