Ukraynada müharibə zamanı itkin düşmüş insanları tapmaq üçün çat yaradıldı

 

Ukraynada müharibə zamanı itkin düşmüş yaxınlarını tapa bilmək üçün Telegram üzərindən çat yaradılıb. Çat “Doğmalarını tap” adlanır.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukraynanın Gənclər və İdman nazirliyinin rəsmi səhifəsində məlumat verilib. Qeyd edilib ki, çat vasitəsilə digər Ukrayna şəhərlərinə və başqa ölkələrə təxliyə edilmiş şəxslərin əlavə nömrələrini tapmaq mümkün olacaq.


Həmçinin bildirib ki, 3 milyondan çox ukraynalı sərhədi keçib və 13 milyon yaşayış yerini dəyişdirib. Xatırladaq ki, bu son rəqəmlər deyil, çünki təxliyə hələ davam edir.

Çatın keçidini sizinlə bölüşürük: https://t.me/Family_Search_bot

Burada siz öz əlaqə məlumatlarınızı yerləşdirməklə yaxınlarınızın sizi tapmasına şərait yaradırsınız. Məlumat etibarlı və təhlükəsizdir.

Qeyd edək ki, Ukraynada insanların axtarışı ilə məşğul olan yerli məlumat bürosu da xidmət göstərir. Məlumatların mərkəzləşdirilmiş şəkildə toplanması, Ukrayna əhalisinin əsir düşmüş və yaxud dünyasını dəyişmiş yaxınlarını tapmağa imkan verir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}