Xankəndidə şivən qoparan Araikin başına toplaya bildiyi “izdiham”

 

Azərbaycan ordusunun bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi işlərini aparması Qarabağdakı erməniləri qorxuya salıb.

Hətta ötən gecə Xankəndidə yaşayan ermənilər etiraz aksiyasına belə toplaşıblar. Etirazçıların qarşısına separatçı quldurların başçısı Araik Arutyunyan çıxıb və “hərarətli” nitqlə çıxış edib. Hərçənd Araiki dinləyənlərin sayı o qədər də çox olmayıb.


Separatçı A.Arutyunyan təkcə 50-60 nəfərlik bir qrup qarşısında danışa bilib.

Sözügedən kadrlar isə həm Qarabağdakı ermənilərin sayı barədə şişirdilmiş rəqəmlərin həqiqəti əks etdirmədiyini, həm də separatçıların pafoslu çıxışlarına artıq məhəl qoyulmadığını göstərib.

Eyni zamanda kadrlardan bəlli olur ki, ermənilərin süni şəkildə bölgədə yaratmağa çalışdıqları gərginlik də əsassızdır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}