Türkmənistanda növbədənkənar Prezident seçkiləri başa çatdı

 

Türkmənistanda növbədənkənar Prezident seçkiləri keçirilir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Ölkə prezidenti postuna 9 namizəd mübarizə aparır. Onlar arasında ölkənin hazırki Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdıməhəmmədov da var.

Ölkə üzrə 2577, digər ölkələrdə isə 41 seçki məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə isə 3 459 063 seçici qeydə alınıb. Seçki məntəqələri Bakı vaxtı ilə 18:00-da bağlanacaq.

Xatırladaq ki, Qurbanqulu Berdıməhəmmədov fevralın 11-i parlamentin yuxarı palatasının iclasında bildirib ki, yolu gənc liderlərə vermək qərarına gəlib. Fevralın 14-ü isə ölkədə seçkiqabağı kampaniyaya start verilmişdi.

Qeyd edək ki, Sərdar Berdıməhəmmədov 2007-ci ildən Türkmənistan Prezidentidir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}