Türkmənistanda vaxtından əvvəl prezident seçkiləri keçiriləcək
Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Şəffaflıq.az xəbər verir ki bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Bezirgen Karaev "RİA Novosti"yə müsahibəsində bildirib.
"Ölkənin Mərkəzi Seçki Komissiyası martın 12-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlığa başlayıb", - deyə Karaev bildirib.
O, növbədənkənar seçkilərin dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun tapşırığı ilə təşkil ediləcəyini vurğulayıb.
Bundan əvvəl Berdiməhəmmədov ölkəni inkişafının “yeni mərhələdə” idarə etmək yolunda gənclərə yol verilməsinin vacibliyini bəyan etmişdi. O, 15 illik hakimiyyətdən sonra yalnız Xalq Maslaxatı (parlamentin yuxarı palatası) sədri vəzifəsində qalmaq şərti ilə, prezidentlikdən imtina edəcəyini bildirib.
Prezident eyni zamanda qeyd edib ki, yeni dövlət başçısı mənəvi mühitdə, müasirliyin yüksək tələblərinə uyğun tərbiyə olunmuş şəxs olmalıdır.
Onun bu qərarını ölkənin fəxri ağsaqqalları da dəstəkləyib.
Facebook-da paylaş