Şamaxıdan olan 2-ci Qarabağ müharibəsi veteranı 3 rayonun erməni işğalçılarından azad olunmasına görə medallarla təltif olunsada işlə təmin edilməyib
Şamaxı Şəhər sakini. 2-ci
Qarabağ müharibəsi veteranı
Manaflı Sədyar Yadıgar oğlu
Atam 14 iyul 1977-ci ildə anadan olmuş və 19 sentyabr 2007- ci ildə vəfat etmişdir.
Mən 2008-ci ilin sentybr ayında Şamaxı şəhər 2 saylı tam orta məktəbinin birinci sinfinə daxil olmuşam və 2019-cu ildə isə həmin məktəbi bitirərək orta təhsil haqqında attestat almışam. Sənədlərimi Tələbə Qəbulu Komissiyasına versəm də qəbul imtahanlarında tələb olunan balı toplamadığıma görə Ali təhsil müəssisələrinə qəbul ola bilməmişəm. Avtomobil sürücüləri hazırlayan məktəbdə oxumuşam və sürücülik vəsiqəsini almışam.
Mən həqiqi hərbi xidmətinə çağrılana qədər Böyük mağazada kassır işləmişəm və Əmrah Bankın Baş ofisində İT-də ( İnformasiya Texnalogiyasının Departamenti) kurs keçmişəm. Kompyuter kursu keçmişəm və bu barədə sertifikatım var. Kompyuterlə işləməyi bacarıram.
Mən 2020-ci ilin iyul 16 da həqiqi hərbi xidmətə getmişəm. Hərbi xidmətdə avtomobil sürücüsi işləmiş və fərqləndiyimə görə mənə baş sürücü vəzifəsi verilmişdir.
44 günlük müharibədə Füzüli, Cəbrayıl və Xocəvənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Azərbaycan Respublikası Prezidentinin məlum fərmanları ilə hər 3 rayonun ərazisinin erməni işğalçılarından azad olunmasına görə medallarla təltif olunmuşam və hərbi hissə komandirliyi tərəfindən həmin medallar şəxsən özümə təqdim edilmişdir. Xidmət dövründə fərqləndiyimə görə hərbi hissənin komandirliyi tərəfindən ailəmə təşəkkür məktubu göndərilmişdir.
Mən 01 yanvar 2022-ci il tarixdə həqiqi hərbi xidmətdən təxis olunmuşam. Müvafiq iş yeri tapmadığıma görə işləmirəm. Ailəmizin dolanacağı çətin olduğu üçün məni işlə təmin olunmağıma köməklik göstərəsiniz.
Facebook-da paylaş