Fransa şirkətlərinə “Rusiyanı tərk etməyə tələsməyin” deyilib

 

Fransa hökuməti fransız şirkətlərinə “Rusiyanı tərk etməyə tələsməməyi” tövsiyə edib.


Şəffaflıq.az xəbər verir ki, bu barədə şənbə günü "Fiqaro" qəzeti Yelisey sarayında aparıcı fransız şirkətlərinin nümayəndələrinin dəvət olunduğu iclasın iştirakçısına istinadən məlumat yayıb.

“Bizə xatırladıldı ki, hər bir şirkət Rusiya bazarında öz strategiyasını müstəqil müəyyənləşdirmək hüququna malikdir”, – qəzetin mənbəsi bildirib.
Nəşrin məlumatına görə, Fransanın 15 ən böyük şirkətindən heç biri Moskva ilə əlaqələrini kəsməyib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron 15 ən böyük şirkətin rəhbərlərini qəbul edib, onların heç biri Moskva ilə əlaqələri kəsməyib. Bunlar, xüsusən, Fransanın aparıcı bankı Societe generale, enerji və qaz şirkəti Engie, təyyarə istehsal edən Airbus konserni, Arianespace kosmos buraxılışlarının operatoru, Auchan ticarət evi, qida şirkəti Danonedir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}