Müsəlman ölkələri Fransa məhsullarını boykot elan etdi - FOTO

 

Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı səviyyəsiz açıqlamalarından sonra Qətərdə və Küveytdə fransız mallarına boykot elan edilib. Bu barədə RT xəbər yayıb.

Qətərdə fransız pendirləri dövlət paylama şəbəkəsinin rəflərindən çıxarılıb, bunun əvəzinə artıq yerli məhsul nümayiş olunur.

Hətta fransız restoranı “Le Train Bleu” belə fransız məhsullarından imtina edib.

Bundan başqa, İordaniyada fransız istehsalçıların məhsullarını almamaq üçün çağırışlar səsləndirilib.

Xatırladaq ki, oktyabrın 24-də psixi problemləri olduğu ehtimal edilən Makronun Həzrəti Məhəmməd peyğəmbərin(s.a.v.).karikaturalarını yayımlamaq barədə düşük vədlərindən sonra Yaxın Şərqdə Fransa məhsullarına boykot çağırışları artıb.

Bu insanlıqdan kənar açıqlama Türkiyə, İran, İordaniya və Küveyt kimi ölkələr tərəfindən qınanıb. Bundan başqa, müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Fransanın müsəlman ölkələri ilə münasibətlərinə zərər verə biləcək açıqlamalara təəssüflərini bildiriblər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}