Bu il metroda yeni ventilyatorlar quraşdırılacaq
"Bakı metropoliteni"nin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə işlər davam edir. Bu il daha 6 ventilyatorun alınması nəzərdə tutulub.
Bu barədə mətbuata "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətinə görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 17 ventilyator əvəzlənib.
Ventilyatorlarla yanaşı, təbii havalandırma imkanlarına əsaslı təsir edən və müasir idarəetmə sistemləri ilə təchiz olunmuş dempfer sistemlərinin quraşdırılmasına da başlanılıb. Nəticə etibarı ilə, ventilyatorların yenilənərək, dempferlərin quraşdırıldığı stansiyalarda havanın hərarətinin 3-4 dərəcə aşağı salınmasına nail olunub və tədbirlər davam etdirilir.
Stansiyalarda sərnişin axınının təşkilində əhəmiyyətli rolu olan eskalatorlаrın demək olar ki, 80 faizdən çoxu artıq yenilənib. Sovet dönəmi eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib.
Şəffaflıq.az
Facebook-da paylaş