Bakı metrosunda havalandırma sistemi yenilənir

 

2022-ci ildə Bakı metropolitenində daha 6 yeni güclü ventilyator quraşdırılacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Rusiyanın Artyomovsk şəhərindəki “Ventprom” maşınqayırma zavodu ilə müqavilə imzalanıb. Yeni ventilyatorlar Qırmızı xəttin “Qara Qarayev-Neftçilər”, “Əhmədli-Həzi Aslanov” mənzillərində, həmçinin Yaşıl xəttin “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının aidiyyəti sahələrində quraşdırılacaq.

Son illərdə bu istiqamətdə mühüm addımlar atılaraq, metropolitendə ventilyasiya sisteminin, o cümlədən qurğu və avadanlıqların dövrün texnoloji tələbləri səviyyəsində müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. 2018-ci ildə ventilyatorların çalışmasının dövrü qrafikinin fəsillər prinsipi ilə tənzimlənməsi, sonrakı il 7, 2020-2021-ci illərdə isə 10 yeni sənaye ventilyatorunun tətbiqi bu mənada həlledici yeniliklərdəndir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}