Ukraynada məktəblər bağlandı

 

Ukraynanın Təhsil və Elm Nazirliyi bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılmasını və iki həftəlik məzuniyyət elan edilməsini tövsiyə edib.

Bu barədə “Telegram”-da nazir Serqiy Şkarlet məlumat verib.

Nazirlik Kiyev şəhər dövlət administrasiyalarının təhsil və elm idarələrinin rəhbərlərinə, peşə və ali təhsil müəssisələrinin rəhbərlərinə müvafiq məktub göndərib.

Nazir həmçinin panikaya düşməməyi, dövlət və yerli hakimiyyət orqanlarının, eləcə də hüquq-mühafizə orqanlarının tövsiyələrinə əməl etməyi xahiş edib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}