Azərbaycan Sahibkarlar Konfederasiyası ötən il 43 şəhər-rayonda filial açıb
Şəffaflıq.az ASK-ya istinadən xəbər verir ki, bunu qurumun Rəyasət Heyətinin ötən gün keçirilmiş iclasında çıxış edən Konfederasiyanın baş katib əvəzi Kristina Məmmədova deyib.
"Bununla yanaşı, Azərbaycan məhsullarının xarici ölkələrdə təbliği, investisiya mühitinin təşviq edilməsi, xaricdə çalışan iş adamlarımızla əlaqələrin qurulması üçün təmsilçilik fəaliyyətimizi genişləndirmişilk. Hazırda 23 xarici ölkədə 21 nümayəndəmiz fəaliyyət göstərir", - deyə o, qeyd edib.
K.Məmmədovanın sözlərinə görə, ötən il ölkədə sahibkarlığın inkişafı, biznesin dəstəklənməsi məqsədilə ASK 20 qanunvericilik aktına əlavə və dəyişikliklər təklif edib, 30-a yaxın beynəlxalq tədbirə ev sahibliyi edib, ölkəmizdəki xarici diplomatik nümayəndələrlə 21 görüş keçirib. Beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi məqsədilə xarici ölkələrdə fəaliyyət göstərən sahibkarlıq təşkilatları ilə 11 memorandum imzalanıb.
Facebook-da paylaş