Azərbaycanda sahibkarlara xidməti pasportlar verilə bilər
“Fəaliyyəti xarici bazarlara yönələn sahibkarlar tərəfindən xidməti pasportların alınması ilə bağlı məsələ qaldırılsa, bu məsələyə baxıla bilər”.
Şəffaflıq.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin 2021-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edərkən deyib.
O bildirib ki, xidməti pasportların verilməsi Xarici İşlər Nazirliyinin səlahiyyətindədir.
“Bu pasportlar o sahibkarlara verilir ki, onlar xarici dövlətdə ticarət palatasını təmsil edir. Bildiyiniz kimi, bir neçə ölkədə bizim ticarət nümayəndəliyimiz var, o ölkələrdə ticarət nümayəndələri təyin olunub. Təbii ki, onların xidməti pasportları var. Əlbəttə, bu məsələ dövlət qarşısında qaldırıla bilər, amma xidməti pasportun hansı imtiyazların verdiyinə baxmaq lazımdır. Çünki hər ölkədə bu fərqli olur. Misal olaraq, ABŞ və ya bir sıra Avropa ölkəsində xidməti pasport adi pasportlardan fərqlənmir. Odur ki, ehtiyac yaransa, sahibkarlar da bu məsələni qaldırsalar, məsələyə baxıla bilər”, - deyə O. Məmmədov qeyd edib.
Facebook-da paylaş