Yerdəki suyun mənşəyi haqqında mülahizələr
Lourens Livermor Laboratoriyasının amerikalı alimləri suyun Yer üzündə peyda olmasını izah edə biliblər.
Tədqiqat zamanı mütəxəssislər Aydan gətirilən torpağın izotop tərkibini təhlil ediblər. Müəyyən olunub ki, milyardlarla il əvvəl toqquşaraq müasir Yer və Ayı əmələ gətirən kosmik obyektlərin tərkibində su elementləri olmayıb.
Əldə edilən məlumatlara əsasən alimlər belə qənaətə gəliblər ki, Yerdəki suyun əsas hissəsi naməlum və həddindən artıq su ilə zəngin olan göy cismi tərəfindən planetimizə gətirilib.
Bundan əlavə, alimlər müəyyən ediblər ki, su ilə zəngin kosmik obyekt Günəş sisteminə kənardan gəlib. Bu hadisənin 4,45 milyard il əvvəl baş verdiyi bildirilib.
Şəffaflıq.az
Facebook-da paylaş