FHN “Bakı Metropoliteni”ndə maarifləndirmə tədbiri keçirdi

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) “Bakı Metropoliteni” QSC-nin Vaqonların Əsaslı Təmiri Xidmətində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirib.

Şəffaflıq.az xəbər verir ki, tədbirdə metropolitendə yanğın təhlükəsizliyinə dair tələblər və bu tələblərin təmin olunmasının vacibliyi, həmçinin yanğın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, elektrik təsərrüfatında yanğın törədə biləcək səbəblərin aradan qaldırılması üçün metropolitenin yerüstü və yeraltı obyektlərinin və inzibati binalarının elektrik şəbəkələri, elektrik qurğuları, cihaz və avadanlıqlarının “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə cavab verməsinin əhəmiyyəti aidiyyəti şəxslərin nəzərinə çatdırılıb.

FHN-in DYNX-nin əməkdaşları tərəfindən tədbirdə, həmçinin baş verə biləcək fövqəladə hallar zamanı atılacaq zəruri addımlar, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani izah edilib, suallar cavablandırılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}