Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ
Bakıda torpaq sahələri ucuzlaşıb.
Şəffaflıq.az-ın əldə etdiyi rəqəmlərə əsasən verdiyi məlumata görə, 2022-ci ilin yanvar ayı üzrə paytaxtda torpaq sahələrinin bir sotu üçün orta qiymət 18 421 manat olub.
Mövcud qiymət əvvəlki ay ilə (2021-ci il, dekabr) müqayisədə 0,1 faiz, 2021-ci ilin yanvar ayı ilə müqayisədə isə 5 faiz azdır. Bu da torpaq bazarında qiymətlərdə mütəmadi azalma müşahidə olunduğunu göstərir.
Ötən ilin müvafiq dövründə torpaq sahələrinin bir sotu üçün orta qiyməti 19 390 manat təşkil edib. 2021-ci ilin dekabr ayında isə bu qiymət 18 446 manat olub.
Xəbəri paylaş
Facebook-da paylaş