Kiyev evakuasiyaya hazırdır

 

Ukraynada Kiyev meriyası şəhərin kritik və sosial infrastrukturunu mümkün fövqəladə vəziyyətə hazırlayıb.

Bu barədə şəhər meri Vitali Kliçko Kiyevin rəsmi portalında bildirib.

“Şəhər xidmətləri bu gün artıq hərbi fövqəladə vəziyyətin qarşısının alınması şəraitində işləyir. Buna görə də, bizim səylərimiz mümkün təxribatların qarşısını almağa və ya aradan qaldırmağa, hərbi hücum şərtlərinə tab gətirməyə yönəlib”.

Meriya hər bir ərazidə evakuasiya komissiyaları yaradıb və evakuasiya planı hazırlayıb. O, evakuasiya məntəqələrinin yerini, lazım olan nəqliyyatın miqdarını və ukraynalıların təhlükəsiz yerləşməsi üçün əraziləri müəyyən edir.

Kliçkonun sözlərinə görə, Kiyev hakimiyyəti sığınacaqların sayını üç dəfə artırıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}