İran Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirməyə hazırdır
“Rəsmi Tehran nəticə əldə olunana qədər Ər-Riyadla danışıqlar prosesini davam etdirməyə hazırdır”.
Şəffaflıq.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi İraqın baş naziri Mustafa Əl-Kazimi ilə telefon danışığı zamanı deyib.
Onun sözlərinə görə, regionun bütün problemləri həll oluna bilər:
“İran nəticə əldə olunana qədər Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirmək niyyətindədir. Əgər səudiyyəlilər bunu qarşılıqlı anlaşma və hörmət mühitində etməyə hazır olsalar”.
Qeyd edək ki, 2021-ci il ərzində Tehran və Ər-Riyad Bağdadda dörd görüş keçirərək münasibətlərin normallaşdırılması imkanları ilə bağlı danışıqlar aparıblar.
Xəbəri paylaş
Facebook-da paylaş