Bakıda marşrut avtobusunun sürücüsünü döydülər

Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşrut avtobusuna hücum edən iki naməlum şəxs şüşələri sındırıb, sürücü, 1984-cü il təvəllüdlü Fuad Aslanovu döyüblər.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}