Ötən gün toylara görə 1 nəfər cərimələnib, 24 nəfər şənliyə buraxılmayıb
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 1-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 74 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 24 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Şəffaflıq.az
Facebook-da paylaş