“Süd Yolu”nun mərkəzində minlərlə sirli “ip” tapılıb

 

ABŞ-ın Şimal-Qərb Universitetinin astronomları Süd Yolunun mərkəzində 150 işıq ili uzunluğunda uzanan minə yaxın sirli “ipli struktur” forması müəyyən ediblər.

Kəşf haqqında “arXiv” preprint repozitoriyasında dərc olunan məqalədə bildirilir.

“İp”lər ilk dəfə 1980-ci illərin əvvəllərində qalaktikanın radio dalğaları üzərində müşahidələr zamanı aşkar edilib. Alimlər onların mənşəyini müəyyən edə bilməyiblər.

Yeni müşahidələr əvvəllər tapılanlardan 10 dəfə çox “ip” aşkar edib.

Alimlər strukturların “Süd Yolu”nun mərkəzi superkütləvi “qara dəliy”inin keçmiş fəaliyyəti ilə bağlı ola biləcəyini düşünürlər.

Bununla belə, “ip”lərin başqa bir qəribəliyi, onların bir-birindən eyni məsafədə - təxminən Günəşdən Yerə olan məsafəyə bərabər olmasıdır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}