Elman Rüstəmovdan devalvasiya AÇIQLAMASI
“Hökumətin və Mərkəzi Bankın devalvasiya ilə bağlı planları yoxdur, bu məsələ gündəmdə deyil”.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, cari ilin və ortamüddətli dövrün sosial iqtisadi strategiyası və proqnozlar valyuta bazarında dayanıqlılıq üzərində qurulub:
“Hökumətin və Mərkəzi Bankın devalvasiya ilə bağlı heç bir proqnozları yoxdur. Pandemiya ilə əlaqədar ötən il valyuta bazarında təzyiqləri gördük və qarşısını aldıq. Hazırda valyuta bazarında tarazlıq əldə olunub. Fundamental amillər də ortadadır. Hökumətin və Mərkəzi Bankın devalvasiya ilə bağlı planları yoxdur”, - deyə E.Rüstəmov bildirib.
Facebook-da paylaş