Kosmosa buraxılan teleskop Yerdən 1,5 milyon kilometr uzaqlaşıb

 

Ən bahalı teleskop olan “James Webbin” kosmosa buraxıldıqdan bir ay sonra yekun kurs korreksiyasını uğurla həyata keçirib.

Bu barədə NASA xəbər yayıb.

Məlumata görə, o, Yerdən 1,5 milyon kilometr aralıda yerləşən Günəş-Yer sistemində ikinci “Laqranj” nöqtəsinə çatıb.

“İndi biz kainatın sirlərini açmağa bir addım daha yaxınıq”, - deyə ABŞ Kosmik Agentliyinin administratoru Bill Nelson deyib.

Növbəti üç ay ərzində kosmik agentliyin mütəxəssisləri rəsədxananı tənzimləyəcək və güzgüləri düzəldəcək.

“James Webb” Teleskopu 25 dekabr 2021-ci ildə buraxılıb. Rəsədxananın 2022-ci ilin mayında fəaliyyətə başlaması planlaşdırılır. Perspektivdə o, 1990-cı ilin aprelində ABŞ tərəfindən buraxılmış “Hubble” orbital teleskopunu əvəz etməlidir. Bununla belə, sələfindən fərqli olaraq, “James Webb”ə texniki xidmət göstərilməyəcək (şatllar “Hubble”a dörd dəfə yollanıb) və ən azı on il işləməlidir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}