Azərbaycanda professor vəfat etdi

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Azadxan Adıgözəlov vəfat edib.

Bu barədə ADPU məlumat yayıb.

A.Adıgözəlov uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Azadxan Səfərxan oğlu Adıgözəlov 1940-cı ildə Şamaxı rayonunda dünyaya gəlib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

O, 1992-ci ildə Azərbaycan pedaqoqu, pedaqogika üzrə elmlər doktoru, 1993-cü ildə professor adlarına layiq görülüb.

2013-cü ildə Almaniyanın Honnover şəhərində Beynəlxalq Təbiət Elmləri Akademiyasının üzvü seçilib və həmin Akademiyanın ordeni ilə təltif olunub.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}