Braziliyada ərzağı PUA ilə daşıyacaqlar

 

Braziliya Milli Mülki Aviasiya Agentliyi (ANAC) kommersiya məqsədli çatdırılma üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadəyə icazə verib. Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, söhbət “Speedbird Aero” şirkətinin “DLV-1 NEO” modelinin dronlarından gedir. Onlar 2,5 kq-a qədər yüklə 3 km-ə qədər məsafədə operatorun baxış xəttindən kənara uça bilirlər.

Bu cihazların köməyi ilə müxtəlif növ yüklərin, o cümlədən ərzaqların daşınması mümkün olacaq. Eyni zamanda, operatorlar maksimum uçuş hündürlüyü məhdudiyyətlərinə əməl etməli, hava şəraitini nəzərə almalıdırlar.

Eyni zamanda, operatorlar maksimum uçuş hündürlüyü məhdudiyyətlərinə əməl etməli, hava şəraitini nəzərə almalı, insanların üzərindən uçüş həyata keçirilməməli və dronların işinə təsir göstərə biləcək elektromaqnit şüalanma zonasına düşməkdən çəkinməlidirlər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}