Koronavirusun alimləri çaş-baş qoyan xüsusiyyəti açıqlandı

 

Koronavirusun təbiətində elmə məlum olmayan bir mexanizm var. Belə ki, pandemiyanın hansısa mərhələsində  yoluxma qəfil azalır, sonra yenidən artmağa başlayır.

Bunu Rusiyanın N.F.Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn bildirib.

“Niyə yüksəlməsi başa düşüləndir - bu epidemiya prosesdir: virus həssas ev sahibi tapır və yayılır. Bəs niyə xəstələnmə dalğasında qəfil azalma olur?”, - deyə o, təəcübünü bildirib.

Epidemioloqun fikrincə, bu, epidemiyanın müəyyən mərhələsində virusun yoluxuculuğunu azaldan mexanizmlə izah oluna bilər.

“Məsələn, virus nə qədər sürətli çoxalırsa, onun genomu neytral və zərərli mutasiyalar nəticəsində bir o qədər çox zədələnir, bu da onun yoluxuculuğunu azaldır. Belliklə, yoluxma azalır. Sonra yeni variant gəlir və dalğa yenidən davam edir”, - o, düşüncələrini bölüşüb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}