Saxta profil işlədənlərin nəzərinə: “Kimlikləri asanlıqla aşkar edilir”

 

Sosial şəbəkələrdə çoxsaylı saxta hesablarla rastlaşırıq. Bu saxta hesablardan istifadə edən insanların əksəriyyətinin isə əsas məqsədi şəxsiyyətini gizlədərək kimlərinsə ünvanına təhqirlər, söyüşlər və yaxud narahat edici mesajlar, rəylər yazmaqdır. Bu kimi əməllərə əl atan şəxslər adətən saxta hesabda olduqları üçün daha da ürərlənirlər və düşünürlər ki, onların kimliyini heç kim aşkara çıxara bilməyəcək.


İT mütəxəssisi Səkinə İlqarqızı məsələ ilə bağlı açıqlama verən zaman bildirib ki, bu təkcə Azərbaycanın problemi deyil, dünyada baş verən qlobal problemdir.

“Burada sadəcə sadə vətəndaşlar yox, yüksək rütbəli məmurlar, ziyalılar, müğənnilər, səhnə insanları və ümumiyyətlə üzdə olan insanlar onları gözü götürməyən saxta profillərin qurbanına çevrilirlər. Bu barədə dövlət qurumları yüksək səviyyədə tədbir görməlidirlər. Vəzifəli şəxslərə, tanınmış insanlara bu cür profillərlə yazan insanları aşkar etməlidirlər və şablon sözlərin qarşılığında “xüsusi setka” quraşdırmalıdırlar ki, təhqir zamanı həmin sosial şəbəkələr tərəfindən dərc olunmadan silinsin. Bunu dövlət qurumları özləri etməlidir”.


Səkinə İlqarqızının sözlərinə görə, son iki ildə saxta profillərə sosial şəbəkələr tərəfindən nəzarət ciddiləşib.


“Əvvəllər sosial şəbəkələrdə hesab yaratmaq çox asan idi. Bu zaman telefon nömrəsi, gmail adresi tələb olunmurdu. Bu səhifələrin qırılması da asan olurdu. Bu şəxsləri aşkar etmək lazım gəldikdə isə mümkünsüzə çevrilirdi. İndi isə girdiyimiz bütün sosial şəbəkələr girilən cihaza qədər hesablayır və “server”ə təqdim olunur. Bununla bərabər biz qeydiyyatdan keçən zaman nömrə, gmail və yaxud yandex tələb edir. Hətta təhlükəsizlik məqsədi ilə yeni alınmış və ya uzun zamandır işlədilməyən nömrə, gmail və real olmayan, şübhəli hesab etdiyi bir şey gördükdə də profilin yaradılmasına əngəl yaradır. Bu profil yaransa belə, tez bir zamanda silinir. Bununla da qısa zamanda saxta profillərin qarşısı xeyli alınıb.


Əvvəllər yaradılmış saxta profillər üzərində də işlər başladılıb. Uzun zaman aktiv olmayan, həftədə-ayda bir dəfə daxil olunnan profillər artıq silinməyə, blok olunmağa başlayıb.


İnsanları bu tip təhqiretmə, həyatlarına yansıma hərhansısa bir vətəndaşın həyatına son qoya biləcək qədər ciddi məsələdir. 


Unutmayaq ki, bir çox sosial şəbəkələrdə bu saxta profillərdən yazan insanlar ailə dağıdır, streslərə, psixoloji vəziyyətin pozulmasına səbəb olurlar”.

İT mütəxəssisi bildirir ki, dövlət qurumları 2 ilə yaxındır ki, cinayət və inzibati xətalar məcəlləsində buna görə maddə ayırıblar.


“Şikayət olunduqda məsələnin ağırlığından asılı olaraq, narahat edən şəxs hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və həmin şəxsin kimliyi təsbit olunur. Həmin şəxs qanun qarşısında məsuliyyətə cəlb edilir”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}