Sumqayıtda məzarların dəmir qapıları oğurlanıb

 

Sumqayıt qəbiristanlığında oğurluq hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı məlumat və fotofaktlar sosial şəbəkədə paylaşılıb.

Vətəndaşların iddialarına görə Sumqayıtda 42-ci məhəllə adlanan ərazinin yaxınlığında yerləşən qəbiristanlıqdan dəmir qapılar sökülərək oğurlanıb.

Məsələdən narahat olan vətəndaşlar bununla bağlı aidiyyəti quruma müraciət ediblər. Onlar oğurluq hallarının qarşısının alınması məqsədilə zəruri nəzarət tədbirlərinin gücləndirilməsini tələb ediblər. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}