Müqəddəs ziyarətgahlarda sosial məsafə qaydası bərpa edilib

 

Səudiyyə Ərəbistanında koronavirusla mübarizə çərçivəsində Məscidül-Həram və Məscid-i Nəbəvidə sosial məsafə qaydası yenidən tətbiq olunmağa başlayıb.

Ölkə rəhbərliyi koronavirusa yoluxma hallarının artması ilə əlaqədar məhdudiyyətləri bərpa edib.

İbadət zamanı sosial məsafəni qorumaq üçün ibadətgahlarda müvafiq yerlərə etiketlər vurulub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında dünən aşkarlanan 744 yoluxma halı ilə avqust ayından bəri ən yüksək göstərici qeydə alınıb. Epidemiya başlayandan indiyədək ölkədə ümumilikdə 555 min 417 yoluxma faktı aşkarlanıb, ölənlərin sayı isə 8 min 874-ə çatıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}