İranda epidemiya başlayandan bəri koronavirusdan ən yüksək ölüm həddi qeydə alınıb

 

İranda son 24 saatda 251 nəfər koronavirusdan vəfat edib. Bu, epidemiya başlayandan bəri qeydə alınan ən yüksək ölüm sayıdır.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bəyan edib. Onun sözlərinə görə, 3822 nəfərdə isə yeni yoluxma halı qeydə alınıb. Nazirliyin sözçüsü bildirib ki, 31 əyalətdən 30-u qırmızı və riskli bölgələr siyahısındadır.

Yoluxma hallarının artması səbəbindən paytaxt Tehran da daxil olmaqla, Qum, Qəzvin və Əlburz əyalətlərində yenidən karantin məhdudiyyətləri qüvvəyə minib.

Qeyd edək ki, İranda COVID-19-dan ölənlərin ümumi sayı 28 mindən artıqdır, yoluxanların sayı 500 mini keçib. Yoluxanlardan 4482 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}