Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri İlham Əliyevi təbrik edib
Şəffaflıq.az xəbər verir ki, mətndə deyilir:
"Zati-aliləri,
Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı və xoşbəxtlik arzulayırıq.
Sevinirik ki, bu il Qlobal Bakı Forumu çoxlu tanınmış şəxsi bir araya gətirərək böyük uğurla təşkil olundu. Biz özümüzü Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ailəsinin üzvləri hesab edirik. Bakıya səfər etmək imkanımız olmasa da, tədbirdə onlayn formatda iştirak etdik. Forumda şəxsən iştirak edən həmkarlarımız kimi, biz də onun böyük müvəffəqiyyətlə keçdiyi qənaətindəyik. İnanırıq ki, gələn il keçiriləcək Forum daha uğurlu olacaq.
Cənab Prezident, fürsətdən istidadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz inam və etimada, davamlı böyük dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, Yeni ildə ən xoş arzularımızı çatdırırıq.
Hörmətlə,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri:
Marianna Vardinoyannis
UNESCO-nun xoşməramlı səfiri,
Kerri Kennedi
Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti,
Jan Baderşneyder
“Müasir Köləliyə Son Qoyaq” Qlobal Fondunun idarə heyətinin sədri,
2000–2013-cü illərdə “ExxonMobil” şirkətinin vitse-prezidenti".
Facebook-da paylaş