Baş nazirin müavini: "Nizami Gəncəvi dünyaya bəxş etdiyimiz ən böyük mütəffəkirlərdəndir"
Şəffaflıq.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışında deyib.
"O, bütün həyatını Gəncədə keçirib, kənara çıxmayıb. Amma yaradıcılığında ədalət, ədalətli cəmiyyət, xeyir-şər problemi əsas olub. O, xalqlar arasında körpü olub. Əsərlərində ayrı-ayrı xalqları tərənnüm edib. Nizami Gəncəvi Azərbaycan xalqının fəxri, iftixarıdır. Nizami adı heç bir xalqda bizdəki qədər geniş yayılmayıb. O, 800 ildən çoxdur şeirləri, yaradıcılığı ilə yaşayır və yaşayacaq. Üç gün ərzində Forumda onun dərin fəlsəfi fikirləri müzakirə ediləcək", - o qeyd edib.
Facebook-da paylaş