Azərbaycanın sığorta bazarı 15% böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 767,914 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 429,849 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 9,8% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,6 manat olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}